...

Muzey Mərkəzinin Sərgi qalereyasında “Reinkarnasiya 5” təqdim olunacaq

Mədəniyyət Materials 26 Fevral 2019 06:38 (UTC +04:00)
“Zamanla Üz-Üzə” adlı sərginin açılışı mərasimi baş tutacaq.
Muzey Mərkəzinin Sərgi qalereyasında “Reinkarnasiya 5” təqdim olunacaq

Bakı. Trend:

Martın 12-də Muzey Mərkəzinin Sərgi qalereyasında Qobustan Milli tarix bədii qoruğunun təşkilatçılığı ilə “Zamanla Üz-Üzə” adlı sərginin açılışı mərasimi baş tutacaq.

“Reinkarnasiya 5” layihəsi çərçivəsində təşkil olunacaq sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvlərinin hazırladığı, Qobustan mövzusunda 40-dan artıq orijinal iş nümayiş etdirilicək.

İşlər rəsm əsərləri, heykəltəraşlıq və keramika, video installasiya formatında təqdim olunur. 18-20 min il yaşı olan Qobustan qayaüstü təsvirlərini yeni interpretasiyada izləyiciyə çatdıran layihənin məqsədi Qobustanın mədəni irsinin təbliği ilə yanaşı incəsənət xadimlərində bu mövzuya marağı artırmaqdır.

Azərbaycan ərazisində ən qədim incəsənət nümunələri hesab olunan Qobustan qayaüstü rəsmlərinə incəsənət xadimlərinin baxışını müasir yozumda əks etdirən sərgi Qobustan Milli tarix bədii qoruğunun təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir. Sərgi üç gün müddətində (12 mart saat 19:00 – da sərginin açılış günü, 13-14 mart saat 10:00-dan 18:00-dək ) ziyarətçilər üçün açıq olacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti