...

“Sehrli Bakı” layihəsi çərçivəsində Fəvvarələr meydanında növbəti konsertlər keçirilib (FOTO)

Mədəniyyət Materials 26 Avqust 2019 20:19 (UTC +04:00)
24-25 avqust tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən “Sehrli Bakı” layihəsi çərçivəsində Fəvvarələr meydanında növbəti konsertlər keçirilib.
“Sehrli Bakı” layihəsi çərçivəsində Fəvvarələr meydanında növbəti konsertlər keçirilib (FOTO)

Bakı. Trend:

24-25 avqust tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən “Sehrli Bakı” layihəsi çərçivəsində Fəvvarələr meydanında növbəti konsertlər keçirilib.

Trend-in məlumatına görə, konsertlər zamanı rəqqasə Səbinə İsmayılova “Ərəb”, “Qaraçı” rəqsləri ilə tamaşaçıların zövqünü oxşayıb.

Gənc müğənnilər Ayaz Babayev, Aygül Bayramova, Tural Məmmədov, Nərgiz Abduls, Gülnar Dadaşova, Narana Paşayeva, Xəyal Hüseyn və “Stop” qrupunun ifa etdiyi mahnılar alqışlarla qarşılanıb.

Tamaşaçıların həftəsonu istirahətini mənalı təşkil etmək, onların musiqi zövqünü peşəkar musiqi ilə zənginləşdirmək məqsədi daşıyan “Sehrli Bakı” layihəsi çərçivəsində konsertlər sentyabrın 30-dək hər həftəsonu davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti