...

Məşhur “Beryozka” Bakıda konsert verəcək

Mədəniyyət Materials 29 Avqust 2019 20:22 (UTC +04:00)
Oktyabrın 11-də Heydər Əliyev Sarayında Rusiyanın Azərbaycanda Mədəniyyət Günləri çərçivəsində Nadejda Nadejdinoy adına dünyaca məşhur, əfsanəvi “Beryozka” Dövlət Akademik Xoreoqrafiya Ansamblının konserti olacaq.
Məşhur “Beryozka” Bakıda konsert verəcək

Bakı. Trend:

Oktyabrın 11-də Heydər Əliyev Sarayında Rusiyanın Azərbaycanda Mədəniyyət Günləri çərçivəsində Nadejda Nadejdinoy adına dünyaca məşhur, əfsanəvi “Beryozka” Dövlət Akademik Xoreoqrafiya Ansamblının konserti olacaq.

Trend-in məlumatına görə, konsertdə “Beryozka” ansamblı tamaşaçılara fəaliyyətdə olduğu bütün illər ərzində ən unudulmaz rəqslərini təqdim edəcək. Tamaşaçılar “Beryozka” ansamblının ifasında Nadejda Nadejdinoy və Mira Koltsovanın bənzərsiz və heyranedici şedevrlərindən böyük zövq alacaqlar.

Ansamblın bədii rəhbəri SSRİ Xalq artisti Mira Koltsova, ansamblın baş dirijoru Rusiyanın Xalq artisti Leonid Smirnovdur.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti