...

Əbülfəz Qarayev: Yaradıcılıq potensialına qoyulan sərmayə hansısa meyarlarla ölçülməməlidir

Mədəniyyət Materials 9 Dekabr 2019 11:50 (UTC +04:00)
Mədəniyyətə, insan zehninə, onun yaradıcılıq potensialına qoyulan sərmayə hansısa vaxt və meyarlarla ölçülməməlidir, bunlar fərqləndirilməlidir.
Əbülfəz Qarayev: Yaradıcılıq potensialına qoyulan sərmayə hansısa meyarlarla ölçülməməlidir

Bakı. İlhamə İsabalayeva - Trend:

Mədəniyyətə, insan zehninə, onun yaradıcılıq potensialına qoyulan sərmayə hansısa vaxt və meyarlarla ölçülməməlidir, bunlar fərqləndirilməlidir.

Trend-in məlumatına görə, bunu "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar" Nazirlər panelində çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə görə, bu gün hansısa istehsalata qoyulan sərmayə müəyyən vaxtda mütləq geri qayıdır:

"100 min uşaq rəsm əsəri yaratmağa başlayır, dərnəklərə gedir, dövlət onları dəstəkləyir. Lakin onların arasından 1 və ya 10 nəfər Tahir Salahov kimi insanlar çıxır. Tahir Salahovun yaratdığı əsərlərin Azərbaycan cəmiyyətinə, tarixinə, tanıdılmasına təsiri baxımından qoyulan sərmayələr hansı vahidlərlə ölçülə bilər? Ona görə burada çox ciddi ikitərəfli proses getməlidir. Bir proses odur ki, dövlət, cəmiyyət şərait yaratmalıdır ki, insanlar yaradıcılıqla məşğul olsunlar. Gəlir isə istehsal məsələsidir. Sözsüz ki, burada yeni meyarlar, ölçülər olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti