...

Əbülfəs Qarayev İsrail və Tacikistan səfirləri ilə görüşüb (FOTO)

Mədəniyyət Materials 11 Fevral 2020 19:21 (UTC +04:00)
Mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 11-də İsrailin səfiri Corc Dik və Tacikistanın səfiri Rustam Soliyev ilə görüşüb.
Əbülfəs Qarayev İsrail və Tacikistan səfirləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Mədəniyyət naziri Əbülfəs Qarayev İsrailin səfiri Corc Dik və Tacikistanın səfiri Rustam Soliyev ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşlərdə Azərbaycanın hər iki ölkə ilə mədəni əməkdaşlığına nəzər salınıb, mədəniyyətin müxtəlif sahələri üzrə mübadilənin daha da genişləndirilməsi, bu istiqamətdə Fəaliyyət planlarının hazırlanması müzakirə olunub. Gələcəkdə əlaqələrin inkişafına töhfə verə biləcək, xalqlarımızın mədəni irsinin təbliğində rol oynayacaq layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Ə.Qarayev il ərzində Azərbaycanda keçiriləcək beynəlxalq mədəniyyət tədbirləri, o cümlədən VII Bakı Beynəlxalq Humanitar Forumu haqqında səfirlərə məlumat verib. Hər iki ölkəni Humanitar Forumda yaxından iştiraka dəvət edib.

İsrailin ölkəmizdəki səfiri C.Dik səmimi qəbula və Azərbaycan Mədəniyyət Nazirliyinin səfirlik tərəfindən həyata keçirilən layihələrə verdiyi dəstəyə görə nazirə təşəkkürünü bildirib. Diplomat gələcəkdə mədəniyyət sahəsində birgə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

Tacikistan səfiri R.Soliyev iki ölkə arasında mədəni əlaqələrdən söz açıb. O, eyni zamanda UNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilən Novruz bayramının Azərbaycanda fəaliyyət göstərən türkdilli ölkələrin və bu bayramı qeyd edən digər respublikaların səfirliklərinin birgə təşəbbüsü ilə keçirilməsinə Mədəniyyət Nazirliyi tərəfindən dəstək göstərilməsini xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti