Əbülfəs Qarayev: Virtual layihələr də artıq hər kəs üçün əlçatandır

Əbülfəs Qarayev: Virtual layihələr də artıq hər kəs üçün əlçatandır

Bakı. İlhamə İsabalayeva - Trend:

Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin rəsmi "Facebook" səhifəsi vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb.

Trend-in məlumatına görə, nazir müraciətində bildirib ki, bu günlər dünyanı cənginə almış koronavirus (COVİD-19) infeksiyası ilə bağlı, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da həyati önəm kəsb edən addımlar atılır.

"Prezident İlham Əliyevin martın 19-da Novruz bayramı münasibətilə xalqımıza müraciətində də qeyd etdiyi kimi, bu xəstəliyin dünya miqyasında yayılmağa başladığı ilk günlərdən etibarən dövlətimiz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq quraraq təşkilatın müvafiq tövsiyələri əsasında bütün qabaqlayıcı və profilaktik tədbirləri görür. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah bu istiqamətdə dövlət qurumlarının fəaliyyətini əlaqələndirərək, görülən işlərlə bağlı ictimaiyyəti operativ şəkildə məlumatlandırır.

Məlumdur ki, həyata keçirilən sosial izolyasiya tədbirləri çərçivəsində mədəniyyət müəssislərinin də fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Təbii ki, insanların sağlamlığının hər şeydən ümdə olması bu addımları zəruri edir. Amma iş prosesinə fasilə verilsə də, müasir texnologiyalar öz evimizdən sosial həyatımızı da, fəaliyyətimizi də müəyyən məcrada davam etdirməyə imkan verir. O cümlədən sosial media, elektron poçt və digər onlayn vasitələrdən istifadə edərək, bir-birimizlə ünsiyyəti davam etdirə bilirik. Odur ki, bizi evlərimizdə sosial izolyasiyaya vadar edən bu şəraitin doğurduğu zamanı da səmərəli dəyərləndirməyə çalışmalıyıq".

Mövcud situasiyada mədəniyyət sahəsinin də üzərinə mühüm ictimai missiyanın düşdüyünü vurğulayan Əbülfəs Qarayev bir sıra mülahizələrini müraciətində diqqətə çatdırıb:

“Bu gün ölkə başçısının diqqət və qayğısı sayəsində, imzalanan sərəncamlara, təsdiq olunan müvafiq dövlət proqramlarına uyğun olaraq mədəniyyətin ayrı-ayrı sahələrinin-musiqi sənəti, teatr, kino, təsviri sənət, muzey, kitabxana işi, mədəni irs, xalq yaradıcılığı və digər sahələrin, həmçinin bizim üçün nisbətən yeni istiqamət olan yaradıcı mədəni sənayenin inkişafı və təbliği ilə bağlı mühüm layihələr həyata keçirilməkdədir. Son illər mədəniyyətin inkişafı ilə bağlı görülən işlərin başlıca hədəflərindən biri də bütün sahələrdə müasir texnologiyalardan istifadənin genişləndirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi, ölkə əhalisinin mədəniyyətlə bağlığının daha da gücləndirilməsidir. Bu hədəfə doğru yeni-yeni təşəbbüslər reallaşdırılır. Biz istəyirik ki, mədəniyyətimizin dünya miqyasında tanınması, UNESCO səviyyəsində yüksək dəyər qazanması ilə yanaşı, mədəni zənginliyimiz cəmiyyətimizin bütün təbəqələrinə, bizim evimizə, ailəmizə, həyat tərzimizə daha yaxından siyarət etsin.

Çünki mədəniyyət hər bir xalqın ruh və mənəviyyat qaynağıdır. Dövlət başçımız cənab İlham Əliyevin bu mövzuda çıxışlarında dəfələrlə vurğuladığı kimi, tarixinin ən çətin, ağır dövrlərində Azərbaycan xalqını yaşadan, onun ruh yüksəkliyini, gələcəyə inamını təmin edən əsas amillərdən biri bizim mənəvi və mədəni dəyərlərimiz, söz və sənət irsimiz, ədəbiyyat və incəsənətimiz olmuşdur. Mədəni irs xalqın ruh saxlancıdır. Təsadüfi deyil ki, bu günlər kütləvi el şənlikləri olmasa da, hər birimizin evində, ailəsi ilə birlikdə qeyd etdiyi Novruz həm də xalqımızın mədəni irsinin, ruhunun bayramıdır.

Xalq ruhunun dəyərini bir daha hiss etdiyimiz bu günlərdə mən də hər birinizi, dövlət qurumları tərəfindən elan olunan zəruri sosial izolyasiya tədbirlərinə əməl etməklə yanaşı, çağdaş texnoloji imkanlar – televiziya, internet, mövcud elektron resurslar vasitəsilə bu zənginliklə, mədəniyyətimizlə sıx təmas qurmağa çağırıram.

Son illər mədəni irsimizin müasir informasiya texnologiyaları vasitəsilə yayılması, hər kəs üçün əlçatan olması üçün çoxlu layihələr həyata keçirilmişdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən musiqi sənəti incilərimizin, muğamlarımızın elektron vasitələrlə geniş yayılmasına imkan yaradan layihələr buna bariz nümunədir. Eləcə də Mədəniyyət Nazirliyi tərəfindən mədəni irsimiz, incəsənətimiz və ədəbiyyatımızla elektron formatda, virtual şəkildə tanış olmaq üçün bir sıra layihələr reallaşdırılmışdır və yaranmış vəziyyətdə bu istiqamətdə yeni layihələr də hazırlanmaqdadır.

Biz yaranmış vəziyyətdə, tətbiq edilən zəruri sosial izolyasiyanı diqqətə alaraq, “Evdə qal, evdə yarat” təşəbbüsünə start vermişik. Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalı tərəfindən irəli sürülən təşəbbüsdə vətəndaşlar evdə keçirdikləri vaxt ərzində yaradıcılıqlarını işə salaraq dəyərli hədiyyələr qazana bilərlər. Hər bir vətəndaşımız öz yaradıcılığını “Kreativ Azərbaycan” Facebook səhifəsində paylaşa bilər. Mən bizim bütün yaradıcı insanları bu hərəkatı təşviq etməyə çağırıram.

Həmçinin yaxın günlərdə “Mədəniyyət” kanalında, eləcə də nazirliyin “Youtube” kanalında, “Facebook” və “İnstagram” səhifələrində yayımlanmaqla təlim xarakterli “#Yaradıcılığı evdə öyrən” verilişi təqdim ediləcək. Bu layihə həm böyüklərə özlərinin yaradıcı imkanları kəşf etməyə, bacarıqlarını inkişaf etdirməyə imkan verəcək, həm də uşaq və yeniyetmələr üçün maraqlı olacaq. Bundan əlavə, nazirliyin tabeliyindəki uşaq musiqi və incəsənət məktəbləri üçün teledərslərin nümayişi başlanacaq.

Nazirliyin Uşaq musiqi və incəsənət məktəbləri tədris portalında (http://music.mctgov.az/) müxtəlif musiqi alətləri üzrə nümunəvi ustad dərslərinin video-dərsləri yerləşdirilib və bunların sayı artırılacaq.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi elektron vasitələrlə sosial layihələr həyata keçirməyə başlamışdır. Bu çətin günlərdə birlik nümayiş etdirmək məqsədilə həmvətənlərimizi və sənətçilərimizi evlərindən “Yallı gedək” video-paylaşma çağırışına qoşulmağa çağıran təşəbbüs, “Ölkəmizi tanıyaq” layihəsinə dəstək olaraq reallaşdırılan “Vətənimizə virtual səyahət” layihəsi və s. bu qəbildəndir.”

Müraciətdə Mədəniyyət Nazirliyin rəsmi internet saytında (mct.gov.az), eləcə də “Facebook”, “İnstagram” səhifələrində mədəniyyətimizin bütün spektri ilə yaxından tanış olmaq üçün elektron resurslar, bununla bağlı bir çox faydalı mənbələrə keçidlərin mövcud olduğu qeyd olunub:

“Bu gün hər kəs Azərbaycan Milli Kitabxanasının (anl.az) və Respublika Uşaq Kitabxanasının (clb.az) saytlarına müraciət etməklə mütaliə üçün elektron kitabları öz elektron poçtları vasitəsilə əldə edə bilər. Eləcə də şəhər və rayonlarımızın mərkəzləşdirilmiş kitabxana sistemlərinin saytlarında elektron kitabxanalar mövcuddur. Mədəniyyət Nazirliyinin "Radio Antenn" 101 FM-lə birgə həyata keçirdiyi "Canlı kitab" layihəsində həftə içi hər gün saat 10:00-dan 12:00-dək dünya və Azərbaycan ədəbiyyatının nümunələri canlı efirdə səsləndirilir, eləcə də nazirliyin kitabxanalarının elektron resurslarından mütaliə imkanları barədə məlumat verilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə onlayn rejimdə fəaliyyət göstərən audio-kitabxanadan da hər kəs istifadə edə bilər. 1541 nömrəsinə zəng etməklə stansionar telefon xətti vasitəsilə də ödənişsiz seçdiyiniz əsərləri dinləyə bilərsiniz".

Muzeylərimiz də yaranmış şəraitə uyğun olaraq öz fəaliyyətlərini elektron vasitələrlə onlayn rejimdə davam etdirirlər. Bu gün hər bir internet istifadəçisi evində oturaraq ayrı-ayrı muzeylərimizin zəngin kolleksiyası ilə (“Virtual muzey” layihəsi) tanış ola bilər. Bu sahədə elektron imkanların geniş tətbiqi sayəsində “Muzey kolleksiyasının inciləri”, “Muzey hamı üçün”, “Bir eksponatın tarixi” kimi virtual layihələr də artıq hər kəs üçün əlçatandır” , - deyə nazirin müraciətində qeyd edilib.

Əbülfəs Qarayev Azərbaycan Milli İncəsənət Muzeyi (http://nationalartmuseum.az/), Azərbaycan Milli Xalça Muzeyi (http://azcarpetmuseum.az/), Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi (www.musicmuseum.az/az/index.php), Azərbaycan Dövlət Teatr Muzeyi (http://teatrmuzeyi.musigi-dunya.az) və digər muzeylərin öz internet saytları və “Youtube”, “Facebook”, “İnstagram” kimi sosial şəbəkələr vasitəsilə ekspozisiya və sərgilərin virtual tur və ekskursiyalarını, dərs və mühazirələri izləyicilərə təqdim etdiyini diqqətə çatdırıb. Müxtəlif TV kanalların ayrı-ayrı muzeylərə həsr etdiyi proqramlarının videolinkləri də həmin muzeylərin “Facebook” səhifəsində, “Youtube” kanalında istifadə üçün açıq olduğunu vurğulayıb.

Həmçinin, müraciətdə bizim bir çox filmlərimizin, teatr və televiziya tamaşalarının, konsert proqramlarının lent yazılarını “Youtube” və digər internet resursları vasitəsilə izləmək imkanlarının olduğu bildirilir.

Mədəniyyət nazirinin müraciəti bu fikirlərlə yekunlaşır:

“Bir sözlə, sizləri bu günlərdə Azərbaycan mədəniyyətinin zənginliyi ilə, ədəbi-mədəni və tarixi irsimizlə, incəsənətimizlə bir daha yaxından təmasda olmağa dəvət edirəm.

Yaranmış mürəkkəb şəraitin reallıqları, zəruri sosial izolyasiya tədbirləri, bir tərəfdən sizlərə məhdudiyyət kimi görünsə də, digər yandan bu vəziyyəti evinizdə, ailə ortamında səmərəli mədəni aktivliyə çevirə bilərsiniz. Çünki bu günlər bəlkə də heç vaxt olmadığı qədər evinizdə, ailənizlə birlikdə olmağa vaxtınız, iş-gücdən heç cür özünüzə, yaxınlarınıza ayıra bilmədiyiniz qədər sərbəst zamanınız var. Bu zamanı səmərəli dəyərləndirməkdə mədəniyyətimiz də sizin köməyinizə gələ bilər.

Yaradıcı ruhu heç vaxt əldən verməyin. Eyni zamanda, mədəniyyət işçilərinə də müraciət edirəm ki, yaranmış şəraitdə mövcud texnoloji imkanlar, internet vasitəsilə fəaliyyətinizi davam etdirin.

Bu günlər hər birimiz özümüzün, yaxınlarımızın və bütün xalqımızın sağlamlığını düşünməli, rəsmi dövlət orqanları və mütəxəssislər tərəfindən edilən tövsiyələrə riayət etməliyik. Unutmayaq ki, qəbul edilən bütün qərarlar xalq, toplum olaraq hamımız üçün vacibdir. Əminəm ki, cənab Prezidentin rəhbərliyi altında müvafiq dövlət qurumlarının və cəmiyyətimizin birgə səyləri ilə ölkəmiz bu çətin sınaqdan qısa zamanda çıxacaq.

Mədəniyyətimiz, xalqımızın əsrlər boyu yaratdığı irs isə ruh və həyat qaynağımız kimi hər zaman bizimlə olub. Siz də bu günlərdə mədəni irsimizlə yaxın olun. El məsəli var: çətin günün ömrü az olar. Bu günlər də arxada qalacaq. Tezliklə sizlərlə teatr və konsert zallarında, muzey və sərgi salonlarında, kitabxana və digər mədəniyyət ocaqlarında canlı ünsiyyətdə bir araya gələcəyik.”

Birbank yenidən ən çox istifadə olunan və bəyənilən rəqəmsal platforma oldu
Birbank yenidən ən çox istifadə olunan və bəyənilən rəqəmsal platforma oldu
Xarici valyutaların manata qarşı məzənnələri
Xarici valyutaların manata qarşı məzənnələri
Biznes vebsaytınızın fiziki serverə niyə ehtiyacı olduğunun 5 səbəbi
Biznes vebsaytınızın fiziki serverə niyə ehtiyacı olduğunun 5 səbəbi
Loading Bars
Xəbər lenti
Dünyada koronavirusa yoluxanların sayı 330 milyonu keçib
Jurnalistlər Makronun mətbuat konfransını boykot ediblər
Braziliya ardıcıl ikinci gün yeni yoluxma hallarının sayına görə antirekordu yeniləyib
"Instagram"da ödənişli abunəçiliq funksiyası əlavə olunacaq
Livanın cənubundan İsrail istiqanıtində raket atılıb
Mingəçevir Dövlət Universitetində “20 Yanvar Azərbaycan xalqının milli qürur və şərəf tarixidir” mövzusunda konfrans keçirilib (FOTO)
Gömrük Akademiyasında Polşanın ölkəmizdəki səfiri ilə görüş keçirilib (FOTO)
Ceyhun Bayramov AEBA-nın rəhbəri ilə görüşüb (FOTO)
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” Günü keçirilib (FOTO)
Aİ nümayəndəliyinin rəhbəri 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycana başsağlığı verib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib (FOTO)
Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 32-ci ildönümüdür
"Trendyol" malları birbaşa alıcıların evinə çatdıracaq
Ərdoğanın Ukraynaya səfərinin tarixi məlum olub
Türk Dövlətləri Təşkilatı 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlandı
Azərbaycan hər hansı qeyd-şərt olmadan delimitasiya prosesinə başlanılmasının tərəfdarıdır - Nazir
“Müstəqilliyə gedən yolun şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda videokonfrans keçirilib
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib (FOTO)
Böyük Britaniya minalarla mübarizədə təcrübəsini Azərbaycanla bölüşür - Səfir
Azərbaycanda əsasən hansı ölkələrin vətəndaşları təhsil alır?
1400-dən çox şəxs bu əməlinə görə cərimə edilib
Ölkədə minik avtomobillərinin istehsalı artıb
Azərbaycanda pensiyaçıların sayı açıqlanıb
Azərbaycan 2021-ci ili yüksək iqtisadi artım tempi ilə başa vurdu - TƏHLİL
Tramp Mayamidə iki mindən çox lüks ev tikdirməyi planlaşdırır
Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)
Göyçay DYP-yə yeni rəis təyin olundu
“Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 6 min şəxs cəlb edilərək kiçik biznesləri qurulacaq (FOTO)
Şamaxı sakinindən silah və patronları götürülüb
DGK sədri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb (FOTO)
Taksi sürücüsünün narkotikin təsiri altında olduğu müəyyən edilib
Bakıda metro qatarında problem yaranıb
Britaniyada dördgünlük iş həftəsi ilə eksperiment işə salınacaq
Ötən il idmançılarımız 500-dən çox medal qazanıb
Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların videoformatda qəbulu keçirilib (FOTO)
ADU-da 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib
Pandemiyanın növbəti dalğası ərəfəsindəyik - MM Səhiyyə Komitəsinin sədr müavini (VİDEO)
Sumqayıt Dövlət Yol Polisi şöbəsində ölüm hadisəsi olub
Fransanın məsuliyyətsiz bəyanatlarına Bakıdan sərt reaksiya - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Bakıda məşhur restoranlar cərimələndi
Azərbaycanda cəza çəkən bütün iranlı qadın məhkumlar qarşı tərəfə təhvil verilib - RƏSMİ
Yanvarın 21-nə USD/AZN rəsmi məzənnəsi
Ceyhun Bayramov ATƏT-in forumunda Ermənistan nümayəndəsinin əsassız iddialarını rədd edib (FOTO)
Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin fəaliyyəti yoxlanılıb (FOTO)
SOCAR-ın 2021-ci il üzrə əsas istehsalat göstəriciləri açıqlanıb (FOTO)
20 Yanvar xalqımızın Qəhrəmanlıq salnaməsidir (FOTO)
Tehranda 20 Yanvar faciəsinin ildönümü qeyd edilib (FOTO)
Fransada atışma olub, ölən var
20 yanvar Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Bu qanlı hadisəni azadlıq mübarizəsi və milli həmrəyliyimizin təzahürü kimi qürurla anırıq
Azərbaycanda 1 151 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib
Ötən il yol qəzalarında 345 piyada ölüb
Qadını öldürüb yol kənarına atanlardan biri tutuldu (FOTO/VİDEO)
Ötən il yol qəzalarında 706 nəfər həlak olub - RƏSMİ
Uşaq evində valideynlə dava edən tərbiyəçi işdən çıxarıldı
DİN uşaq bağçasında valideynlə tərbiyəçi arasındakı qalmaqalı nəzarətə götürdü
"Azəriqaz"ın sayğacını elan saytında satışa çıxaran qadın saxlanıldı (FOTO)
Tərtərdə 16 yaşlı məktəbli qız qaçırılıb
Avropa İttifaqı ölkələrinin səfirləri Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
Mediasiya şurası VƏ MÜSİAD arasında əməkdaşlıq protokolu imzalanıb (FOTO)
Hacı Zeynalabdin Tağıyevin abidəsi bürünc-tunc qarışığından hazırlanıb - Xanlar Əhmədov
20 Yanvar əlillərinə və şəhid ailələrinə birdəfəlik maddi yardım ödənildi
20 Yanvar xalqımızın milli birlik və həmrəylik sınağından uğurla çıxdığı tarixdir - Vüqar Rəhimzadə
Unibank ipoteka faiz dərəcəsini endirib
İranda ötən sutka ərzində 19 nəfər koronavirusdan ölüb
Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib
2021-ci ildə 1348 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib
Mənzil İnşaatı Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anıldı (FOTO)
ANAMA Goranboydakı mina hadisəsi ilə bağlı məlumat yayıb
Gəncədə oğurluq edən və silah saxlayan şəxslər saxlanılıb (FOTO/VİDEO)
Ötən il 3206 hərbi qulluqçu və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan hərbçiləri Türkiyədə təlimə qatılıblar (FOTO)
Azad edilmiş torpaqlara səfər edən şəxslər postlarda yenidən yoxlanacaq - Elşad Hacıyev
Həmkəndlilərinin evindən oğurluqlar edən şəxs saxlanılıb
Buraxılış imtahanlarının proqramları açıqlanıb
Mingəçevir Dövlət Universitetində ADA Universitetinin məlumatlandırma görüşü keçirilib (FOTO)
Hacı Zeynalabdin Tağıyev Azərbaycan tarixində zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır - Tamam Cəfərova
Vətəndaşlar ildə bir dəfə həm Şuşaya, həm də Ağdama gedə biləcəklər - RƏSMİ
İranda qar və daşqına görə 700 kənd yolu bağlanıb
Azərbaycan məhsulları beynəlxalq sərgilərdə nümayiş olunacaq
İran xaricdən gətirilən koronavirus vaksinlərinin sayını açıqlayıb
İlahiyyat İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)
Sabah güclü külək, yağıntılı və soyuq hava şəraiti gözlənilir
Narkokuryerlik edən daha 8 nəfər saxlanılıb (FOTO/VİDEO)
Qazaxıstanda yeni müdafiə naziri təyin olunub
Azərbaycan 20-dən çox məhbusu İrana qaytarıb
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
20 Yanvar şəhidi ailələri və əlillərinə 135 mənzil, 100-dək avtomobil verilib
XİN 20 Yanvar faciəsi ilə əlaqədar bəyanat yayıb
Abdin Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib
İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
"Azərişıq" kommunikasiya strategiyası hazırlayıb
Monteneqro parlamentinin sədri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub
Energetika Nazirliyində 20 Yanvar faciəsinin 32-ci ildönümü anılıb
Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri 5 milyard dollara yaxın svop müqaviləsi imzalayıb
Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb
Azad edilən ərazilərdə sahibkarlıq obyektləri ilə bağlı 40-a yaxın müraciət daxil olub - Azərişıq
Bütün xəbərlər