...

Rüstəm İbrahimbəyov Birinci Fəxri xiyabanda dəfn ediləcək

Mədəniyyət Materials 15 Mart 2022 13:07 (UTC +04:00)
Rüstəm İbrahimbəyov Birinci Fəxri xiyabanda dəfn ediləcək
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 16-da saat 12:00-da Nizami Kino Mərkəzində mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçiriləcək.

Mərasimdən sonra R.İbrahimbəyov Birinci Fəxri xiyabanda, öz qardaşı, görkəmli yazıçı və kinorejissor Maqsud İbrahimbəyovun məzarının yaxınlığında dəfn ediləcək.

Bunu Trend-ə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov deyib.

Qeyd edək ki, Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Moskvada vəfat edib və martın 13-də onunla Moskvada vida mərasimi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti