Bakı. Trend:
Dekabrın 2 və 3-də Muğam Beynəlxalq Mərkəzində ölkənin rəsmi moda həftəsinin AFW 13-cü mövsümünün numayisi keçiriləcək. Və yenə də moda dünyasının ən maraqlı və parlaq adları seçilmiş ictimaiyyətə təqdim olunacaq.
AFW-nin 13-cü mövsümünün əsas mövzusu Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi olacaq. Bu da təəccüblü deyil, çünki Azərbaycan Moda Həftəsinin baş prodüseri Sayat Dossıbayev həm də Qazaxıstan Moda Həftəsinin təsisçisidir, onun sayəsində AFW podium həmişə bu iki ölkənin ən dəbli dizaynerlərinin görüş yerinə çevrilir.
Azərbaycan Moda Həftəsinin 13-cü mövsümünün iştirakçıları arasında bir çox yerli və xarici dizaynerlərin adı var. Qazaxıstanı nümayisdə aşağıdakı brendlər təmsil edəcək - Shogy, Nomade, Usaliev, A-Sain kids, Asheri. Dizayner İrina Diosa AFW-də Özbəkistanı təmsil edəcək. Yarışda Azərbaycanı aşağıdakı adlar təmsil edəcək - Fəxriyyə Xələfova, La Şyla, Soul Desire, Mario Russo, Ny Gyul. Menzer Zekizade Fashion məktəbinin məzunları Röya Bəşirova, Ramilya Mehdiyeva və Sultan Məmmədova da debüt kolleksiyalarını təqdim edəcəklər.
Qeyd edək ki, 1992-ci ildə BMT Baş Assambleyasının qərarı ilə
dekabrın 3-ü bütün dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd
olunur. Azərbaycan Moda Həftəsinin təşkilat komitəsi bu mühüm
hadisəni nəzərdən qaçıra bilmezdi, ona görə də bu gün əlillər üçün
ilk adaptiv moda brendi Kekalove-nin xüsusi nümayisi AFW podiumunda
teqdim olunacaq.
Əsas şou proqramı ilə yanaşı, butik sahiblərinə, mətbuat
nümayəndələrinə və moda həftəsinin qonaqlarına dizaynerlərlə
birbaşa ünsiyyət qurmaq, yeni el isleri ile tanış olmaq imkanı
yaratmaq ücun Azərbaycan Moda Həftəsinin ənənəvi Showroomu
keçiriləcək. Azerbaijan Fashion Week-in əsas məqsədi məhz bu
Showroom da uzun bir vasitəçi zəncirindən yan keçərək və axtarış
vaxtina qənaət edərək qarderobunda yeni bir şey axtaranlar ucun
nezerde tutulub.
2015-ci ilin may ayında Azərbaycanda Azərbaycan Moda Həftəsinin
ilk mövsümü keçirilib və bu, ölkədə Moda Həftələrinin başlanğıcı
olub. Bu genişmiqyaslı layihə bir çox cəhətdən ölkədə moda
bazarının belə görünməsinin əsas səbəbi oldu, çünki o dövrdə mövcud
olan bir neçə modelyer öz fəaliyyətlərini ayrıca aparır, özlərini
tanıtmaq üçün xeyli səy göstərirdilər. Azərbaycan Moda Həftəsi məhz
moda sahəsində çalışanların hamısının səylərini birləşdirən
platformaya çevrilərək, dizaynerləri, alıcıları, yerli və xarici
mətbuatı, eləcə də paytaxtın bütün modasevərlərini və moda
qadınlarını birləşdirən platformaya çevrildi. . Mövcud olduğu on
mövsüm ərzində Azərbaycan Moda Həftəsi ən mühüm moda hadisəsi
statusunu saxlamışdır
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az