...

"Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul olundu

Gündəm Materials 6 Mart 2018 13:21 (UTC +04:00)
"Ələt azad iqtisadi zonası haqqında" yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
"Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul olundu

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin bu gün keçirilən iclasında "Ələt azad iqtisadi zonası haqqında" yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov qanun layihəsi haqqında məlumat verərək qeyd edib ki, qanun layihəsi hazırlanarkən azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb.

Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, qanun layihəsi beynəlxalq standartlara tam cavab verir: "Qanun layihəsi tətbiq olunandan sonra ölkə iqtisadiyatının inkişafında mühüm rol oynayacaq".

Daha sonra qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Layihə 5 fəsil, 30 maddədən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti