...

Nazir: Son 15 ildə polisin vəzifə maaşları 16 dəfə artıb

Gündəm Materials 8 May 2018 10:35 (UTC +04:00)
Son 15 ildə Azərbaycanda polis əməkdaşlarının rütbə və vəzifə maaşları 16 dəfə artıb.
Nazir: Son 15 ildə polisin vəzifə maaşları 16 dəfə artıb

Bakı. Samir Əli - Trend:

Son 15 ildə Azərbaycanda polis əməkdaşlarının rütbə və vəzifə maaşları 16 dəfə artıb.

Trend-in məlumatına görə, bunu "Azərbaycan" qəzetinə müsahibəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.

Nazir bildirib ki, bu müddət ərzində maaşların artırılması ilə bağlı 14 sərəncam imzalanıb: "Prezident İlham Əliyevin daxili işlər orqanlarına böyük dəstəyi, himayədarlığı bizə xidməti fəaliyyətimizdə əsaslı dəstək, yüksək mənəvi stimul verir. Son 15 ildə bəzilərinin təməlqoyma və ya açılış mərasimlərində Prezidentin şəxsən iştirak etdiyi yüzlərlə obyektin tikintisi və ya yenidən qurulması başa çatdırılıb, minlərlə nəqliyyat vasitəsi, xüsusi texnika alınıb. Sahə polis məntəqələrindən baş idarələrədək bütün inzibati xidmət müəssisələri yenilənib, maddi-texniki təminatı yüksəldilib, informasiya texnologiyaları ilə təchizatı yüksək səviyyəyə çatıb. Bu müddətdə vəzifə və rütbəyə görə maaşların artırılması ilə bağlı 14 sərəncam imzalanıb və nəticədə əməkhaqları orta hesabla 16 dəfə artıb".

Nazir qeyd edib ki, şəxsi heyətin gərgin əməyi və fədakar xidməti dövlət başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək, ötən 15 ildə 626 əməkdaş dövlət mükafatları ilə təltif olunub, 44 rəhbər vəzifəli şəxs ali xüsusi rütbələrə layiq görülüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti