...

Ramil Usubov: Ölkəmizdə terror həyata keçirmək istəyən qüvvələr dayanmadan fəaliyyətdədir

Gündəm Materials 8 May 2018 10:40 (UTC +04:00)
Azərbaycanda kriminogen durum ciddi nəzarət altındadır.
Ramil Usubov: Ölkəmizdə terror həyata keçirmək istəyən qüvvələr dayanmadan fəaliyyətdədir

Bakı. Samir Əli - Trend:

Azərbaycanda kriminogen durum ciddi nəzarət altındadır.

Trend-in məlumatına görə, bunu jurnalsitlərə açıqlamasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.

Nazir bildirib ki, onlarla ölkədə sabitlik təmin oluna bilmir: "Dünya çox çətin dövrdə yaşayır. Son iyirmi ildə onlarla ölkə bir anın içində vətəndaş müharibəsinə sürüklənib, dövlətçiliyini, müstəqillyini itirib, milyonlarla əhali qaçqına çevrilib. Yaşadığımız bölgənin də daxil olduğu coğrafi ərazidə terror, siyasi xaos, dini radikalizm yönündə çoxsaylı müharibələr yaşanır. Bu bəlalar Azərbaycanın sərhədinə doğru irəliləyir və onu ölkəmizə keçirmək istəyən məlum qüvvələr uzun illərdir ki, dayanmadan fəaliyyətdədirlər. Lakin Prezident İlham Əliyevin düzgün siyasəti, müdrik qərarları nəticəsində Azərbaycan bu problemlərdən uğurla qorunur, ictimai sabitlik, kriminogen durum ciddi nəzarət altında saxlanılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti