...

Ceyhun Bayramov: 2017-2018-ci tədris ili ölkəmiz üçün çox uğurlu bir təhsil ili olub

Gündəm Materials 14 İyun 2018 14:51 (UTC +04:00)
2017-2018-ci tədris ili ölkəmiz üçün çox uğurlu bir təhsil ili olub.
Ceyhun Bayramov: 2017-2018-ci tədris ili ölkəmiz üçün çox uğurlu bir təhsil ili olub

Bakı. İlhamə İsabalayeva - Trend:

2017-2018-ci tədris ili ölkəmiz üçün çox uğurlu bir təhsil ili olub.

Trend -in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov təhsildə fərqlənən məzunlarla görüşü zamanı deyib.

C.Bayramovun sözlərinə görə, bu tədris ilində təhsilin bütün pillələrində - məktəbəqədər təhsildən başlayaraq ali təhsil pilləsinə kimi bütün pillələr üzrə akademik göstəricilərdə davamlı, müsbət dinamika müşahidə edilib:

"Bura məktəbəqədər təhsilin əhatəliliyinin genişlənməsi, eyni zamanda 2017-ci ilin buraxılış imtahanlarının nəticələri, ölkə olimpiadalarının əhatəliliyi, beynəlxalq olimpiadalarda şagirdlərimizin daha uğurlu çıxışları aiddir".

Nazir əlavə edib ki, beynəlxalq olimpiadaların nəticələri ildən-ilə yaxşılaşır və müvafiq sahədə böyük nailiyyətlər əldə edilib:

"Bu olimpiadaların hazırlıq prosesinin təkmilləşdirilməsi, diqqət mərkəzində saxlanılması şagirdlərin olimpiadalarda müvəffəqiyyətli çıxışlarına səbəb olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti