...

"Azərişıq" son durumu açıqladı: Bakının 100, regionların 80 faizində elektrik enerjisi bərpa olunub

Gündəm Materials 3 İyul 2018 10:08 (UTC +04:00)
Bu dəqiqəyə olan məlumata görə, ölkənin elektroenergetika strukturlarının gərgin əməyi sayəsində Respublika və paytaxt Bakının böyük hissəsi elektrik enerjisi ilə təchiz olunub.
"Azərişıq" son durumu açıqladı: Bakının 100, regionların 80 faizində elektrik enerjisi bərpa olunub

Bakı. Samir Əli - Trend:

Bu dəqiqəyə olan məlumata görə ölkənin elektroenergetika strukturlarının gərgin əməyi sayəsində respublika və paytaxt Bakının böyük hissəsi elektrik enerjisi ilə təchiz olunub.

Bu barədə Trend-ə açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, artıq Bakının 100 faizinə, regionların isə ümumilikdə 80 faizinə elektrik enerjisi verilib: "Bakı Metropoliteni, xəstəxanalar, hərbi hissələr, su kanalizasiya və başqa dövlət əhəmiyyətli obyektlər tam şəkildə elektrik şəbəkəsinə qoşulub. İstehsalçı “Azərenerji” ASC tərəfindən elektrik enerjisi ötürüldükcə, paylayıcı “Azərişıq” ASC abonentləri işıqla təmin edəcək. İstehlakçıların keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində bütün zəruri addımlar atılır və ən qısa vaxtda 100 faiz problem aradan qaldırılacaq".

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti