...

Sabah Bakı və Abşeronun bu hissələrində qaz olmayacaq

Gündəm Materials 25 Sentyabr 2018 19:02 (UTC +04:00)
Bakının Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
Sabah Bakı və Abşeronun bu hissələrində qaz olmayacaq

Bakı. Trend:

Bakının Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə payız – qış mövsümünə hazırlıqla bağlı tədbirlər planına əsasən yararsız qaz xətlərinin yeni çəlikmiş borularla əvəz edilməsi, həmçinin Nizami rayonu Qara Qarayev 102 ünvanında diametri 325mm-lik qaz xəttinin korroziyaya uğramış hissəsinin yeni çəkilmiş polietilen 315 mm-lik qaz xəttinin mənbəyə birləşdirilməsi ilə əlaqədar sabah saat 09:00-dan təmir işləri tamamlananadək Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində məhdudiyyət olacaq.

Zəruri təmir işləri aparıldığı zaman Binəqədi və Biləcəri qəsəbələrində, eləcə də Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrinin bir hissəsində qaz təchizatına fasilə yaranması mümkündür.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti