...

Bakıda restoranda yanğın olub (FOTO)

Gündəm Materials 10 Oktyabr 2018 15:07 (UTC +04:00)
Bakıda restoranda yanğın olub.
Bakıda restoranda yanğın olub (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakının Yasamal rayonunda yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında, "Qoç ət" restoranında qeydə alınıb.

Restoranın havalandırma sistemində baş verən yanğın qısa müddətdə tavana keçib.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları tərəfindən yanğın söndürülüb.

Xəsarət alan yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti