...

Əhliman Əmiraslanov: Vərəmlə mübarizə istiqamətində fəaliyyət gücləndirilməlidir

Gündəm Materials 14 Mart 2019 15:14 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Əldə olunan uğurlara baxmayaraq, bu gün dünyada 20 milyon vərəm xəstəsi var.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycanda vərəmlə mübarizə ilə əlaqədar keçirilən dinləmələrlə bağlı iclasda çıxış edərkən deyib.

Ə.Əmiraslanovun sözlərinə görə, vərəm bu gün bütün dünyanı narahat edən problemdir:

“Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, hər il 10 milyon insan vərəmə yoluxur, təxminən 6-7 milyon insan vərəmdən dünyasını dəyişir. Ona görə də bu istiqamətdə fəaliyyət gücləndirilməlidir. Son vaxtlar vərəmin dərmanlara davamlı forması daha çox artır. Bu vərəmin müalicəyə daha çətin tabe olunan formasıdır”.

Komitə sədri əlavə edib ki, Azərbaycanda bu istiqamətdə çox işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti