...

Bakıda maşın 54 yaşlı kişini vurub öldürdü

Gündəm Materials 22 Aprel 2019 22:30 (UTC +04:00)
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Bakıda maşın 54 yaşlı kişini vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Ziya Bünyadov prospektində baş verib.

Abşeron rayon sakini, 1969-cu il təvəllüdlü Kənan Bəhrəm oğlu Kərimov idarə etdiyi "Volkswagen Passat" markalı "90-KB-785" dövlət nömrə nişanlı avtomobillə Ziya Bünyadov prospekti, 2096 saylı ünvanın qarşısında yolu keçən piyada, 1965-ci il təvəllüdlü İsrəfilov Qorxmaz İsrəfil oğlunu vurub.

Yaralı xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti