...

DİM: Bu abituriyentlərin imtahan nəticələri ləğv ediləcək

Gündəm Materials 29 Aprel 2019 11:53 (UTC +04:00)
DİM tərəfindən nəşr olunan jurnallardakı materiallar müzakirə olunmur
DİM: Bu abituriyentlərin imtahan nəticələri ləğv ediləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Bizim ölkədə biznes qurmaq üçün əlverişli mühit var. Bəzi təhsil kursları abituriyentləri öz xidmətlərinə cəlb etmək üçün deyirlər ki, guya onlarda hansısa xüsusi suallar var.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, DİM tərəfindən nəşr olunan jurnallardakı materiallar müzakirə olunmur:

"Elə abituriyent var ki, birinci, yəni yaz qəbul imtahanında 690 bal toplayır. O ikinci, yay qəbul imtahanına da yazılır ki, 700 bal toplasın. Lakin elə abituriyentlər də var ki, yaz qəbul imtahanında yüksək bal toplayır, yay qəbul imtahanına da yazılır. Burada məqsəd başqalarına kömək etməkdir. Belə olduqda onun nəticəsi ləğv edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti