...

Bakı-Sumqayıt yolunda zəncirvari qəza (VİDEO)

Gündəm Materials 24 İyul 2019 12:09 (UTC +04:00)
Bakıda bir neçə avtomobilin iştirakı ilə yol qəzası baş verib.
Bakı-Sumqayıt yolunda zəncirvari qəza (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda bir neçə avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb.

Üzü şəhər istiqamətində olan "KİA Sportage", "Toyota" və "LADA" markalı avtomobillərinin arasında baş vermiş qəzada xəsarət alan olmayıb.

Qeyd edək ki, qəzada minik maşınlarından biri beton arakəsməyə çırpılıb. Hər 3 avtomobilə ziyan dəyib.

Qəza yerinə Dövlət Yol Polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti