...

Hava şəraiti ilə bağlı yollarda sürət həddi endirilib

Gündəm Materials 8 Dekabr 2019 19:43 (UTC +04:00)
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib
Hava şəraiti ilə bağlı yollarda sürət həddi endirilib

Bakı. Trend:

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildiriblər.

Qeyd edilir ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmaları, sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti