...

Azərbaycanda koronavirusa yoluxmanın 55,1 faizi Bakının payına düşür

Gündəm Materials 3 İyul 2020 17:29 (UTC +04:00)
Azərbaycanda koronavirusa yoluxmanın 55,1 faizi Bakının payına düşür

Bakı. İlhamə İsabalayeva - Trend:

Ölkədə ümumi yoluxmanın 55,1 faizi Bakının payına düşür. Son günlərdə Bakının Nəsimi rayonunda yoluxma hallarında artım müşahidə edilir.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

R.Bayramlı qeyd edib ki, karantin rejiminə əməl olunmaması nəticəsində gün ərzində aparılan testlərin nəticəsinin müsbət olma göstəricisi 11 faizə yüksəlib.

TƏBİB sədri yas yerlərində kütləvi yoluxmaların baş verdiyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti