...

Çimərliklərin pandemiya tələblərinə uyğun maksimum tutum sayı müəyyən edilib

Gündəm Materials 3 Avqust 2020 18:01 (UTC +04:00)
Çimərliklərin pandemiya tələblərinə uyğun maksimum tutum sayı müəyyən edilib

Bakı. Asif Mehman - Trend:

Çimərliklərin pandemiya tələblərinə uyğun maksimum tutum sayı müəyyən edilib.

Trend-in məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, "cimerlik.az" saytın yaradılmasında məqsəd odur ki, insanlar çimərliyə getməzdən əvvəl daha az adamın olduğu çimərliklər barədə məlumat ala bilsinlər:

"Fövqəladə Hallar Nazirliyi tərəfindən qadağan olunmuş yerlər var ki, orada çimmək qadağandır, bu, hər il belə olub. Çimərlik kimi istifadə oluna biləcək yerlərin məlumatları sayta daxil edilib. Vətəndaş çimərliyə getməzdən əvvəl oranın dolu olub-olmadığını əvvəlcədən biləcək".

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev da bildirib ki, bu proqram imkan verəcək ki, hansı çimərlik doludur, hansı boş: "Düzdür, ola bilər ki, vətəndaş istədiyi çimərliyə gedə bilməsin, amma yaxınlıqda boş yer olan digər çimərliyi bu saytdan görə biləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti