...

Yaqut Qarayeva: COVİD-19-un mutasiyası barədə fikir söyləmək çox tezdir

Gündəm Materials 3 Avqust 2020 18:35 (UTC +04:00)
Yaqut Qarayeva: COVİD-19-un mutasiyası barədə fikir söyləmək çox tezdir

Bakı. İlhamə İsabalayeva - Trend:

COVİD-19 virusunun mutasiyası barədə fikir söyləmək çox tezdir.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, virusa yoluxanların sayı azalıb: "Bu, sərtləşdirilmiş karantin rejiminin nəticəsidir. Bu gün ağır xəstələrin sayı azalıbsa, bu, bizi sevindirir. Amma virusun mutasiya edilərək zəifləməsi barədə elmi fikirlər yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti