...

USM müayinəsindən vaxtaşırı keçmək nəyə görə lazımdır?

Gündəm Materials 22 Oktyabr 2020 11:44 (UTC +04:00)
USM müayinəsindən vaxtaşırı keçmək nəyə görə lazımdır?

Bakı. Trend6

Həkim məsləhəti” rubrikasında həkim-sonoloq Dr.Tükəzban Abdullayeva “USM müayinsindən vaxtaşırı keçmək nəyə görə lazımdır?” sualını cavablandırıb.

Hazırda Ultrasəs müayinəsi (USM) tibbdə aparılan əsas müayinə üsullarından biridir. Bu metod orqanizmə heç bir zərər yetirilmədən həyata keçirilir və daxili orqanlar haqqında dəqiq məlumat verilməsini, xəstəyə düzgün diaqnoz qoyulmasını mümkün edir. USM daha çox qaraciyər, öd kisəsi, mədəaltı vəzi, dalaq, böyrəklər, sidik kisəsi, prostat, uşaqlıq və yumurtalıqlar kimi daxili orqanların görüntülənməsi üçün istifadə edilir.

Pasiyentlər adətən hər hansı orqanda, məsələn, qarın boşluğunda olan ağrılar zamanı, boyunda ələ gələn şişkinlik, süd vəzilərində ağrılı nahiyə və ya ələ gələn şişkinlik olduqda müraciət edirlər. Təəssüflər olsun ki, çox az hallarda hec bir şikayəti olmadan müayinəyə gələnlər olur. Nəzərə almaq lazımdır ki, insan orqanizmində gizli başlayan xəstəliklər də olur. Bəzi onkoloji xəstəliklər, məsələn, süd vəzi xərçəngi ildən-ilə cavanlaşır. Hazırda bu xəstəliyə tutulanlar arasında hər yaş qrupundan olan insanlar var. Və heç kim heç bir xəstəlikdən sığortalanmayıb. Məsləhət görərdim, hər kəs heç olmazsa özünü ildə 1 dəfə profilaktik müayinə etdirsin. Çünki bəzi xəstəliklər ağrısız, bədəndə hər hansı əlamət olmadan başlayır və pasiyent vaxtında ÜSM müayinəsindən keçərsə, hər hansı xəstəlik vaxtında aşkarlana bilər.

Düzdür, insanların çoxu ÜSM-in orqanizmə zərər verəcəyindən narahatdırlar. Bir həkim kimi deyə bilərəm ki, ÜSM tamamilə zərərsizdir. Belə olmasaydı, həkimlər hamilə qadınları bəzən hər gün, bəzən də günaşırı ÜSM-dən, dopplerdən keçirməzdilər.

Sonda demək istərdim ki, USM bir profilaktik müayinə kimi çox əvəzsiz metoddur. Hamının mütəmadi olaraq USM müayinəsindən keçməyi məsləhətdir. Belə ki, hər erkən diaqnostika vaxtında müalicə aparılmasını və xəstənin sağalmasını təmin edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti