...

Erməni diasporu son vaxtlar bütün dünyada müstəqil medianı susdurmağa cəhd edir - Hesabat

Gündəm Materials 14 Noyabr 2020 16:51 (UTC +04:00)
Erməni diasporu son vaxtlar bütün dünyada müstəqil medianı susdurmağa cəhd edir - Hesabat

Bakı. Trend:

Ermənistan və erməni lobbisinin azad sözü boğmaq məqsədilə Ermənistan-Azərbaycan münaqişəsini obyektiv işıqlandıran beynəlxalq media orqanlarına və jurnalistlərə qarşı təhdid və təzyiqləri haqqında hesabat hazırlanıb.

Trend-in məlumatına görə, hesabatda qeyd olunub ki, Fransanın “TF-1” kanalından sonra, oxşar təhdidlər ABŞ-ın “The New York Times” qəzetinin redaksiyasına qarşı olub. Erməni lobbisinin üzvləri qəzetinin redaksiyasının qarşısında etiraz aksiyası keçiriblər. Etirazçılar erməni bayraqları və “Qarabağ münaqişəsinin düzgün işıqlandırılması” tələbi ilə redaksiyanın binasının önünə gəliblər. Etirazçıların narazılığına səbəb “NY Times”ın İstanbuldakı müxbiri Karlotta Qallın reportajları olub.

Karlotta Qall 1999-cu ildən “New York Times” qəzetində çalışır. Onun Əfqanıstan və Pakistandan müharibə dövrlərini əks elətdirən xüsusi reportajları olub.O, peşəkar karyerası dövründə “Financial Times” və “The Economist” nəşrlərində də çalşıb. Peşə uğurlarına görə müxtəlif vaxtlarda mükafatlara layiq görülüb.

Xanım Karlotta Qalın “Azərbaycanda partlayışlar, qışqırtılar və qan” - “In Azerbaijan, a String of Explosions, Screams and Then Blood” adlı məqaləsində ermənilərin Azərbaycanın dinc əhalisini raketlə atəşə tutması nəticəsində onlarca insanın həlak olması və yaralanması, ev və obyektlərin zədələnməsi qeyd olunur. Qəzet Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin sözlərini sitat gətirir: “Danışıqlar prosesini başa vuran əsas məsələ Ermənistanın Baş Naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” sözləri olub”.

Reportajın linki: https://www.nytimes.com/2020/10/28/world/europe/azerbaijan-barda-armenia-rockets-karabakh.html?smid=tw-nytimesworld&smtyp=cur

Bu məqalədən sonra “NY Times” qəzetinin İstanbuldakı müxbiri Karlotta Qall da erməni lobbisinin eyni şəkildə mənəvi və siyasi terroruna məruz qalıb. Belə ki, qəzetin redaksiyası və jurnalist Ermənistanın Azərbaycanın dinc əhalisini ballistik raketlə qətlə yetirməsini işıqlandırdığına görə ermənilərin ciddi təzyiqi və təhdidi ilə üzləşib.

Oxşar təhdidlər İtaliyanın “La Repubblica” qəzetinə də yönəlib. Məşhur nəşr erməni lobbisi tərəfindən sosial şəbəkələrdə çoxsaylı təzyiqlərə məruz qalıb.

Qəzeti islampərəst olmaqda ittiham edən erməni lobbisinin üzvləri qəzetin müxbiri Peitro Del Reni Azərbaycan Prezidenti ilə müsahibəsində Ermənistana qarşı qərəzli suallar verdiyini iddia edirlər. “La Repubblica”nın jurnalisti Pietro Del Re Prezident Əliyevə ünvanlandığı “Cənab Prezident, Siz artıq qələbəni dadmısınız" sualına görə ermənilərin qəzəbinə düçar olub. İtaliyanın aparıcı qəzetinin tanınmış jurnalistini bu suala görə ölümlə hədələnir.

Erməni lobbisi və “Dağlıq Qarabağ etnik təmizləmə və soyqırımı təhdidi ilə üz-üzə olduğu zaman hansı dad, hansı ləzzətdən söhbət gedə bilər? Bu dəqiqə üzr istəyin!” sözləri ilə onu sosial mediada təhdid edirlər. Artıq məsələyə Rəsmi Bakı da ciddi reaksiya verib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Beynəlxalq Sərhədsiz Reportyorlar” təşkilatını və ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsini Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə, mediaya qarşı fiziki, şifahi təhdidləri, təhqiramiz şəxsi hücumları qınamağa çağırıb.

Sözsüz, belə bir vəziyyətdə ifadə azadlığı əsas meyar kimi götürülməli və bu amilə hörmət edilməlidir. Erməni diasporu ümumiyyətlə son dövrlərdə bütün dünyada müstəqil medianı susdurmağa cəhdlər edir, təhdidlər edir. Son bir ayda bir çox əcnəbi jurnalist və ictimaiyyət nümayəndələri ilə yanaşı, siyasətçilər, deputatlar da hücumlara məruz qalırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti