...

Daha bir COVİD-19 xəstəsi karantin postunda saxlanıldı

Gündəm Materials 22 Dekabr 2020 11:28 (UTC +04:00)
Daha bir COVİD-19 xəstəsi karantin postunda saxlanıldı

Bakı. Samir Əli - Trend:

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, rayon ərazisində qurulan stasionar postda koronavirus pandemiyasına yoluxan Laçın rayon sakini M.Təhməzovun karantin qaydalarına zidd davranaraq müalicə aldığı ünvanı tərk etdiyi müəyyən edilib.

M.Təhməzov polis əməkdaşlarının müşaiyəti ilə müalicə aldığı ünvana geri qaytarılıb.

Bərdə RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti