...

Readmissiya tədbirləri 68 faiz azalıb

Gündəm Materials 14 Yanvar 2021 11:45 (UTC +04:00)
Readmissiya tədbirləri 68 faiz azalıb

Bakı. Samir Əli - Trend:

2020-ci ildə readmissiya tədbirlərində 68 faiz azalma qeydə alınıb.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

O qeyd edib ki, ötən il Dövlət Miqrasiya Xidmətinə readmissiya ilə bağlı 480 sorğu verilib, 145 readmissiya olub.

Karantin tədbirləri tətbiq olunan tarixdən çox məhdud sayda readmissiya həyata keçirilib: "Yalnız çarter reysləri vasitələri ilə həyata keçirilən readmissiya tədbirləri 2020-ci ilin yanvar və fevral aylarını əhatə edib. İndiyə qədər readmissiya ilə bağlı 4 647 sorğu olub. 1 914 nəfərin sorğusu müsbət cavalandırılıb, lakin geri qaytarılması həyata keçirilməyib, nəzərdə tutulur”.

Xəbər lenti

Xəbər lenti