...

Leyla Əliyevanın tapşırığı ilə IDEA azad olunmuş ərazilərdə işlər görəcək - Birliyin icraçı direktoru

Gündəm Materials 29 Yanvar 2021 15:56 (UTC +04:00)
Leyla Əliyevanın tapşırığı ilə IDEA azad olunmuş ərazilərdə işlər görəcək - Birliyin icraçı direktoru

Bakı. Trend:

IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyevanın tapşırığı ilə IDEA işğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin yenidən canlandırılması istiqamətində işlər görəcək.

Trend-in məlumatına görə, bunu IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov işğaldan azad olunmuş ərazilərdəki ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı keçirilən brifinqdə deyib.

S.Şükürov bildirib ki, 30 illik erməni işğalının fəsadlarını görmək hamımızı sarsıtdı: “Bu kimi cinayətlər onu göstərir ki, ölkəmizə qarşı ekoloji terror törədilib. IDEA işğaldan azad edilmiş ərazilərdə ilk olaraq təbii sərvətlərin qiymətləndirilməsi istiqamətində işlər görəcək. Növbəti addım isə həmin yerlərin bərpası olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti