...

Ermənilərin Azərbaycan sularını çirkləndirməsi ilə bağlı beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq

Gündəm Materials 16 Mart 2021 15:09 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Azərbaycan azsulu ölkələrdəndir. Tələbatımızın 70 faizi kənardan formalaşır. Su potensialının çox hissəsi də Qarabağdadır. Bununla bağlı müvafiq monitorinq işləri aparılır.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalislərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistan zaman-zaman ekologiya ilə bağlı konvensiyaları pozub: "Monitorinqlər nəticəsində ilkin araşdırmalar beynəlxalq qurumlara təqdim ediləcək. Düşmənlər Oxçuçay üzərindəki filiz saflaşdırma zavodunun tullatılarını çaya axıdıblar. Həmçinin, onlar mənfur xislətlərindən qalmadan əllərinə keçəni çaylara axıdır və o da gəlib Araz çayına tökülürdü. Nəticədə təbiətimizi və çaylarımızı çirkləndirirdilər. Bununla bağlı da monitorinqlər gedir, beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti