...

Xırdalanda 5 meyvə ağacı kökündən çıxarılaraq məhv edilib - Nazirlik

Gündəm Materials 29 Aprel 2021 14:05 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin "Eko-Radar" bölməsinə Xırdalan şəhəri, 27-ci məhəllə, bina 2 B ünvanında ağacların kəsilməsil ilə bağlı daxil olan məlumat şikayətçinin iştirakı ilə yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Trend-ə verilən məlumata görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən əraziyə keçirilən baxış zamanı 5 meyvə ağacının kökündən çıxarılaraq məhv edildiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib.

Təqsirkarların müəyyən olunması üçün toplanmış sənədlər Abşeron rayon Polis İdarəsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti