...

Şəhid Xudayar Yusifzadə barədə status yazan şəxsi döyənlər həbs edilməyib - DİN

Gündəm Materials 30 Aprel 2021 17:47 (UTC +04:00)
Şəhid Xudayar Yusifzadə barədə status yazan şəxsi döyənlər həbs edilməyib - DİN

Bakı. Samir Əli - Trend:

Şəhid Xudayar Yusifzadə barədə sosial şəbəkələrdə status paylaşdığına görə Fuad Rəsulzadənin döyülməsi ilə bağlı hələlik həbs olunan yoxdur.

Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

Onun sözlərinə görə, qanunun tələbinə uğun olaraq faktla bağlı cinayət işi başlanıb və istintaq aparılır: "Xəbər verildiyi kimi artıq qanunun tələbinə uğun olaraq həmin fakt üzrə cinayət işi başlanılıb və istintaq aparılır. Tərəflər dindirilib, ifadələri alınıb, lakin hələlik həbs olunan yoxdur. İstintaq prosesində tərəflər barışmaq niyyətində olduqlarını da bildiriblər. Barışıq barədə rəsmi müraciət edərlərsə, prossesual qanunvericiliyə uyğun olaraq nəzərə alınacaqdır".

Qeyd edək ki, Tvitterdə “Əhməd” adlı hesabdan “Xudayar çoxdandı təzə mahnı buraxmır” deyə ironik paylaşım edilib. Daha sonra Fuad Rəsulzadə həmin sözləri özünün dediyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti