...

Çində daşqın 200 minə yaxın sakinin təxliyyəsinə səbəb oldu (YENİLƏNİB)

Gündəm Materials 21 İyul 2021 09:15 (UTC +04:00)
Çində daşqın 200 minə yaxın sakinin təxliyyəsinə səbəb oldu (YENİLƏNİB)

Bakı. Trend:

Çinin Henan vilayəti inzibati mərkəzi Çjenjou şəhərinin 200 minə yaxın sakini daşqın səbəbiylə təxliyyə edilib.

Trend-in məlumatına görə, bu barədə yerli bələdiyyə orqanları xəbər yayıb.

Daha əvvəl təbii fəlakətin törətdiyi nəticələr səbəbindən təxminən 100 min sakinin təxliyyə edildiyi bildirilib.

Rəsmi məlumata əsasən, şəhərdə son 24 saat ərzində 457,5 mm yağıntı düşüb. Qeyd edilir ki, şəhərdə illik yağıntı norması təxminən 640,8 mm-dir.

Daşqın ən azı 12 nəfərin həyatına son qoyub.

ХХХ

07:49

Çinin Henan vilayəti inzibati mərkəzi Çjenjou şəhərinin 100 minə yaxın sakini daşqın səbəbiylə təxliyyə edilib.

Trend TASS-a istinadən xəbər verir ki, baş verən daşqın şəhər tarixindəki ən güclü təbii fəlakətlərdən biridir.

Xilasetmə işlərinə təxminən 2 min hərbçisi, 6.8 min xilasedici və 1,4 min ədəd texnika cəlb olunub. Daha əvvəl hadisə nəticəsində 12 nəfərin öldüyü bildirilir.

Çjenjou şəhərinin əhalisi təxminən 12,6 milyon nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti