...

FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət üçüncü qrup Türkiyəyə çatıb (FOTO/VİDEO)

Gündəm Materials 6 Avqust 2021 20:04 (UTC +04:00)
FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət üçüncü qrup Türkiyəyə çatıb (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasının ərazisində baş vermiş yanğınlarla mübarizə məqsədilə dünən yola salınmış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupu qardaş ölkəyə çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, qrup artıq Türkiyə ərazisinə daxil olub və hazırda yanğınların baş verdiyi bölgəyə doğru irəliləyir.

Qeyd edək ki, FHN-in yanğın-xilasetmə qrupunu sərhəddə Türkiyə rəsmiləri ilə yanaşı yerli sakinlər qarşılayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti