...

Lerikdə yanğının söndürülməsinə helikopter cəlb olunub (VİDEO)

Gündəm Materials 23 Avqust 2021 11:05 (UTC +04:00)
Lerikdə yanğının söndürülməsinə helikopter cəlb olunub (VİDEO)

Bakı. Samir Əli - Trend:

Dünən Lerik rayonu, Soru kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə başlamış yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yanğınsöndürmə əməliyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin tərəfindən həyata keçirilir.

Ərazidə, əsasən, kol-kos və qurumuş ağac kötükləri yanır.

Yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və mütəmadi güclənən küləkli hava mane olur.

Twitter: @GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti