...

Ağsuda 33 min 830 nəfər vaksin olunub

Gündəm Materials 8 Sentyabr 2021 16:30 (UTC +04:00)
Ağsuda 33 min 830 nəfər vaksin olunub

Bakı. Samir Əli - Trend:

Bölgələrdə koronavirusa qarşı peyvəndlənmə prosesi davam edir.

Ağsu rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Əli Hüseynov Trend-ə açıqlamasında bildirib ki, bu günə qədər rayon üzrə 33 min 830 nəfər vaksinasiya olunub. Onlardan 24 min 780 nəfər hər iki doza, 9 min 50 nəfər isə birinci doza vaksin olunublar.

Direktor bildirib ki, bu günə qədər vaksin olunanlardan heç kimdə əks təsir qeydə alınmayıb: "Vaksin olunan şəxslər müəyyən müddətdə nəzarətdə saxlanılır, onların səhhəti ilə bağlı mütəmadi maraqlanılır. Bu günə qədər vaksin olunan şəxslərin heç biri özünü pis hiss etməyib, əks təsir olmayıb. Vaksin olunan vətəndaşlardan cəmi 5 nəfərdə koronavirus infeksiyası aşkarlansa da, onlarda bu xəstəlik yüngül simptomlarla keçib. Peyvənd olunanlar arasında ölüm faktı qeydə alınmayıb. Ümumilikdə isə rayon üzrə 3 nəfər koronavirus infeksiyasından dünyasını dəyişib. Həmin şəxslər vaksin olunmayanlardır".

Twitter: @GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti