...

Yaqub Zurufçunun vəziyyəti ağırdır - Yeni Klinika

Gündəm Materials 10 Sentyabr 2021 13:37 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bir neçə gün əvvəl koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyəti ağırdır.

"Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov Trend-ə bildirib ki, Y.Zurufçunun vəziyyəti ağır qiymətləndirilir:

"Qeyri-invaziv süni tənəffüs aparatı dəstəyindədir. Vəziyyətinə uyğun intensiv terapiya aparılır. Vəziyyəti ağır stabil olaraq qalır".

Qeyd edək ki, koronavirusa yoluxan Yaqub Zurufçu "Yeni Klinika"ya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti