...

Balakənin su basmış iki kədində fəsadlar aradan qaldırılır (VİDEO)

Gündəm Materials 24 Sentyabr 2021 13:13 (UTC +04:00)
Balakənin su basmış iki kədində fəsadlar aradan qaldırılır (VİDEO)

Bakı. Trend:

Balakənin su basmış iki kədində fəsadlar aradan qaldırılır.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 23-ü gecə saatlarından başlayaraq respublikanın şimal-qərb bölgəsinə yağan intensiv yağışlar nəticəsində bir sıra dağ çaylarında sululuğun artması səbəbindən baş vermiş qısamüddətli sel və daşqın səbəbindən Balakən və Zaqatala rayonlarında yaranmış fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin qüvvələri, o cümlədən Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi təmin olunub.

Bu çərçivədə, ötən gündən Nazirliyin qüvvələri tərəfindən su basmış ərazilərdən suyun kənarlaşdırılması məqsədilə başlanılmış işlər gecə saatlarında da davam etdirilib.

Hazırda işlər Balakən rayonunun Tülü və İtitala kəndlərində davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti