...

Azərbaycan Ordusunun atəşi nəticəsində guya Ermənistan hərbçisinin yaralanması həqiqətə uyğun deyil - MN

Gündəm Materials 28 Sentyabr 2021 17:07 (UTC +04:00)
Azərbaycan Ordusunun atəşi nəticəsində guya Ermənistan hərbçisinin yaralanması həqiqətə uyğun deyil - MN

Bakı. Trend:

Azərbaycan Ordusunun atəşi nəticəsində guya Ermənistan hərbçisinin yaralanması həqiqətə uyğun deyil.

Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 28-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

Qeyd edək ki, bu gün Ermənistan KİV-ində guya Azərbaycan Ordusunun Ermənistan istiqamətində atəş açdığı və atəş nəticəsində bir erməni hərbçisinin yaralanması barədə məlumatlar yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti