...

Minaya düşən “Azərişıq” əməkdaşının vəziyyəti stabildir

Gündəm Materials 23 Noyabr 2021 12:31 (UTC +04:00)
Minaya düşən “Azərişıq” əməkdaşının vəziyyəti stabildir

Bakı. Trend:

Noyabrın 21-də Laçın rayonunun Güləbird kəndi ərazisində minaya düşərək xəsarət alan “Azərişıq” ASC əməkdaşı Əbilov Mahir Ramiz oğlunun vəziyyəti hazırda stabildir.

“Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, hadisədən dərhal sonra Mahir Əbilov “Azərişıq” ASC rəhbərliyinin qərarı ilə təcili olaraq Bakı şəhərindəki özəl klinikalardan birinə gətirilib və əməliyyat olunub:

"Təəssüf ki, yaralının bir ayağı topuqdan amputasiya edilib", - məlumatda qeyd edilir.

Qeyd edək ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb. O, Laçın istiqamətində yüksək gərginlikli xəttin çəkilişi üçün buraya Biləsuvar Elektrik Şəbəkəsindən elektrik kimi ezam olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti