...

Ağdam və Şuşaya bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb - RƏSMİ

Gündəm Materials 31 Yanvar 2022 11:54 (UTC +04:00)
Ağdam və Şuşaya bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb - RƏSMİ

Bakı. Trend:

Vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq ilkin mərhələdə tətbiq edilmiş Ağdam və Şuşaya bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.

Qeyd edək ki, yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti