...

Baş Prokurorluq Bakıda dünya çempionunun öldürülməsilə bağlı daha bir məlumat yaydı

Gündəm Materials 17 Mart 2022 15:42 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, martın 14-də saat 21 radələrində Binəqədi rayonu ərazisində yerləşən marketlərdən birində 1984-cü il təvəllüdlü Zaur Yusifovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

İlkin istintaqla 2000-ci il təvəllüdlü Samir Şirəliyevin qətlə yetirilmiş xalası oğlu “Emin 444” ləqəbli Emin Səfərovun öldürülməsində şübhələndiyi Zaur Yusifovu qisas almaq məqsədilə odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Samir Şirəliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti