...

Bayden dünya müsəlmanlarını Ramazan ayının başlanması münasibətilə təbrik edib

Gündəm Materials 2 Aprel 2022 04:22 (UTC +04:00)
Bayden dünya müsəlmanlarını Ramazan ayının başlanması münasibətilə təbrik edib

Bakı. Trend:

ABŞ Prezidenti Cozef Bayden dünya müsəlmanlarını Ramazan ayının başlanması münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, bu barədə C.Bayden özünün "Twitter" hesabında paylaşım edib.

"Cil və mən Ramazan ayının başlanması ilə əlaqədar Birləşmiş Ştatlarda və bütün dünyada yaşayan müsəlman icmalarına ən xoş arzularımızı çatdırırıq. Xalq Evindən öz evlərinizə, sizə və yaxınlarınıza bərəkətli və tərəqqili bir ay arzulayırıq. Ramazan ayınız mübarək!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti