Bakı. Trend:
İctimai nəqliyyatda istifadə edilən “Bakı kart”ların balansını artıq bir müddətdir ki, onlayn artırmaq mümkündür.
Bunun üçün əvvəlcə online.bakikart.az saytına keçid edirik. Yeni istifadəçilərin elektron poçt və ya telefon nömrəsi ilə qeydiyyatdan keçərək şəxsi kabinet yaratması vacibdir. Əvvəlcə poçt ünvanını daxil edirik. Sonra yeni şifrəni təyin edib təsdiq üçün onu növbəti xanada təkrar yazırıq. "Mən robot deyiləm" bölməsini işarə edib "qeydiyyatdan keç" düyməsini sıxırıq. Bir neçə saniyə ərzində burda qeyd etdiyiniz elektron poçt ünvanına qeydiyyatı tamamlamağınız üçün link göndəriləcək. Həmin linkə keçid edərək qeydiyyatı tamamlıyırıq. Artıq platformadan istifadə edə bilərik. "E-mail" ünvanını daxil edib şifrəni də yazdıqdan sora "mən robot deyiləm" xanasını işarələyib "daxil ol" düyməsini sıxırıq. Açılan pəncərədə bizə ödənilən məbləğin 1 saat ərzində kartın balansına oturması ilə bağlı məlumat verilir. Bunu yadda saxlamaqda fayda var. Kart balansı 2 üsulla artırıla bilər. Birbaşa və ya kartın şəxsi kabinetə əlavə edilməsi ilə. Daha operativ ödəniş üçün kartı kabinetə əlavə etmək tövsiyə olunur. Bunun üçün müvafiq bölməyə keçid edirik, istifadə etdiyimiz “Bakı kart"ın arxa tərəfində olan 11 rəqəmli nömrəni bu xanaya yazıb "əlavə et" düyməsini sıxırıq. Beləliklə ödəniş kartı kabinetə əlavə edildi. Burada "balansı artır"ı klikləyib açılan pəncərədən məbləği seçərək "irəli" düyməsini sıxırıq. Göstərilən məlumatı təsdiq etdikdən sora bank kartının məlumatlarını uyğun xanalara doldurmaqla ödənişi tamamlaya bilərik.
Bundan əlavə vətəndaşlar dayanacaqlarda, eləcə də marketlərdə qoyulmuş “MilliÖn” aparatı vasitəsilə də kart balanslarını artıra bilərlər.