...

Şuşadakı beynəlxalq festival Qarabağda turizmin inkişafına böyük töhfə verib - Agentlik sədri

Gündəm Materials 7 May 2022 20:41 (UTC +04:00)
Şuşadakı beynəlxalq festival Qarabağda turizmin inkişafına böyük töhfə verib - Agentlik sədri
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşada keçirilən birinci Beynəlxalq Kulinariya Festivalı tarixi, möhtəşəm və əlamətdar hadisə olmaqla yanaşı, Qarabağda turizminin inkişafına da böyük töhfə verib.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

"Bu, Azərbaycan Prezidenti İlham Əliyevin müzəffər siyasətindən xəbər verir. Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin birgə irimiqyaslı layihə həyata keçirməsi ilk dəfə deyil. Heydər Əliyev Fondu Azərbaycanda turizmin inkişafı üçün çox işlər görür. Şuşada birinci Beynəlxalq Kulinariya Festivalını keçirməyimiz Azərbaycan üçün böyük sevinc, qürur və böyük uğurdur. Burada bir çox ölkələrin nümayəndələri, Avropadan, Latın Amerikasından, Asiyadan qonaqlar iştirak edir ki, bu da nəinki ölkənin, dünya xalqlarının mədəniyyətinin, adət-ənənələrinin və milli mətbəxinin bütün zənginliyini, həm də böyük turizm potensialını göstərmək bir daha nümayiş etdirməyə imkan verir. Qeyd etmək istərdim ki, qastronomik turizm dünya turizminin prioritet sahələrindən biridir. Azərbaycanın kulinariya ənənələri ölkəmizin, onun qədim mədəniyyətinin səciyyəvi cəhətlərindən biri olduğundan bu festivalın ənənəvi xarakter alacağını və bütün dünyanın diqqətini cəlb edəcəyini düşünürük", - deyə F.Nağıyev qeyd edib.

Qeyd edək ki, Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir.

Mayın 5-dən 8-dək keçiriləcək festivalda Türkiyə, Rusiya, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi Koreya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar, beynəlxalq ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti