Bakı. Trend:
Yaponiya sanksiyaların tətbiq olunduğu Rusiya şirkətləri və şəxslərin geniş siyahısını yayıb.
Trend-in məlumatına görə, buraya 70 şirkət və 130 rusiyalı siyasətçi, o cümlədən Rusiyanın baş naziri Mixail Mişustin, habelə sahibkarlar və onların ailə üzvləri daxildir.
Məlumata əsasən, sanksiyalar hərbi istehsalla əlaqəli olduğu bildirilən Rusiya şirkətlərinə qarşı tətbiq olunub. Xüsusilə, ixrac məhdudiyyətləri “Almaz-Atey”, “Taktiki raket silahları”, “VNİİ Etalon”, “İnformasiya telekommunikasiya texnologiyaları” şirkətlərinə şamil olunacaq.