...

“YAŞAT” Fondu məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı 10 mindən çox müraciəti təmin edib

Gündəm Materials 24 İyun 2022 11:34 (UTC +04:00)
“YAŞAT” Fondu məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı 10 mindən çox müraciəti təmin edib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu günə qədər “YAŞAT” Fondu məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 417, itkin ailə üzvlərinin 7 və yaralıların 5 791 müraciəti olmaqla ümumilikdə 10 215 müraciətini təmin edib.

Trend-in məlumatına görə, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2020-ci ilin 27 sentyabr tarixindən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb.

O qeyd edib ki, hər iki valideynini itirən 7 şəhid övladının adına 5000 AZN məbləğində depozit hesabı açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti