...

İran səfirliyi quru sərhədlərin iki ay müddətinə bağlaması ilə bağlı yayılan xəbəri təkzib edir

Gündəm Materials 1 İyul 2022 15:46 (UTC +04:00)
İran səfirliyi quru sərhədlərin iki ay müddətinə bağlaması ilə bağlı yayılan xəbəri təkzib edir
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İctimaiyyətin sorğularına və medianın suallarına cavab olaraq sosial şəbəkələrdə İran İslam Respublikasının quru sərhədlərini iki ay müddətinə bağlaması ilə bağlı yayılan xəbəri təkzib edirik.

Bu barədə İran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat şöbəsindən Trend-ə bildirilib.

Qeyd edilib ki, ötən ilin noyabr ayından etibarən İranın bütün quru, hava və dəniz sərhədləri beynəlxalq turistlər və qonşu dövlətlər, xüsusən də İran və Azərbaycan sərhədləri, eləcə də İran və Naxçıvan Muxtar Respublikasının sərhədləri üçün açıqdır və İran İslam Respublikasından beynəlxalq turistlərin, eləcə də qonşu ölkələrin vətəndaşlarının ölkəyə giriş-çıxışı üçün heç bir məhdudiyyət yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti