...

Zaqatalada atmosferi çirkləndirən nəqliyyat vasitələrinin sürücüləri barəsində tədbir görülüb (FOTO)

Gündəm Materials 14 Avqust 2022 19:01 (UTC +04:00)
Zaqatalada atmosferi çirkləndirən nəqliyyat vasitələrinin sürücüləri barəsində tədbir görülüb (FOTO)

Bakı. Trend:

“Təmiz hava” aylığı çərçivəsində Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən atmosferin çirkləndirilməsinin qarşısının alınması məqsədilə profilaktik tədbir keçirilib.

DİN-in Mətbua Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məluata görə, şəhər ərazisində keçirilən nəzarət tədbirləri zamanı nəqliyyat vasitələri saxlanılıb və onların atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihaz vasitəsilə yoxlanılıb.Yoxlama zamanı bəzi avtomobillərin ətraf mühitə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. Həmin nəqliyyat vasitələrinin sürücüləri ilə izahedici söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti