...

18 mərtəbəli binanın 19-cu mərtəbəsi - Yasamalda ucuz qiymətə satılan mənzillər necə tikilir? (FOTO)

Gündəm Materials 5 Sentyabr 2022 10:12 (UTC +04:00)
18 mərtəbəli binanın 19-cu mərtəbəsi - Yasamalda ucuz qiymətə satılan mənzillər necə tikilir? (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Yasamal rayonunda "Yeni Yasamal" qəsəbəsi kimi tanınan ərazidə son zamanlar bazardakı digər mənzillərlə müqayisədə ucuz olan mənzillər satışa çıxarılıb. Sosial şəbəkələrdə və elan saytlarında satışa çıxarılan bu mənzillərin ortaq cəhəti isə sonuncu mərtəbədə yerləşməsidir. Beləki, bu mənzillər binaların sonuncu mərtəbəsində 19 və ya 18-ci mərtəbələr də yerləşir. Mənzillər mansard mərtəbədə yerləşsə də, adi mansardlardan hündürlük və genişliyinə görə xeyli dərəcədə fərqlənir.

Mənzillərin ucuz olması isə insanlarda bəzi suallar doğurur.

Trend-in əməkdaşının apardığı araşdırma zamanı məlum oldu ki, bu mansard tipli mənzillər sonradan tikilib. Yəni bu binalar bir neçə əvvəl tikilib təhvil verilsə də, məhz hazırda satışda olan mansard mərtəbə yaxın zamanlarda tikilərək artırılıb. Bina tikilən zaman bu mansard mərtəbələr olmayıb.

Bəs hazır tikilib təhvil verilmiş binaya sonradan yeni mansard mərtəbənin artırılması nə qədər təhlükəsizdir?

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) müvafiq sorğu göndərdik. Nazirliyin mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirildi ki, həmin binada aparılan tikinti qanunidir, layihə təsdiqlənən zaman nəzərdə tutulub.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə Trend-ə açıqlamasında bildirib ki, tikintilərə rəsmi icazə verilibsə, bu qanuni hesab olunur.

"Lakin bu tipli tikililərin nə dərəcə düzgün olduğunu aydınlaşdırsaq, hüquqi baxımdan qanuni olsa da, texniki baxımdan düzgün deyil.

Bu tipli tikililər vətəndaşlar üçün sonradan texniki problemlər yaradır. Digər bir tərəfdən bina istismara qəbul olunubsa, orda yaşayış varsa, sonradan tikintinin aparılması doğru yanaşma deyil. Təbiki rəsmi qurumların icazələri varsa, bu halda mənzillər qanuni hesab olunur"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti