...

Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikatın elektron qaydada əldə edilməsinə dair videotəlimat

Gündəm Materials 7 Oktyabr 2022 16:46 (UTC +04:00)
Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikatın elektron qaydada əldə edilməsinə dair videotəlimat

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsi ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesini asanlaşdıracaq yeni elektron xidmət istifadəyə verib. Yeni xidmət idxal edilən avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikatı idxaldan əvvəl elektron qaydada əldə etməyə imkan yaradır. Bunun üçün vətəndaşların gömrük orqanına gəlmədən internetə çıxışı olan istənilən məkandan “E-customs” elektron portalı və ya “Smart customs” mobil tətbiqi üzərindən gömrük orqanına onlayn qaydada müraciət etməsi kifayətdir.

İdxal ediləcək avtonəqliyyat vasitəsinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikatın elektron qaydada əldə edilməsinə dair videotəlimatı təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti